Səfirlikdən Fransada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Səfirlikdən Fransada yaşayan Azərbaycan vətəndaşlarına  ÇAĞIRIŞ backend

Azərbaycanın Fransadakı səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluq|arında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

"Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur", - müraciətdə deyilib.

Diaspora