ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampı 6 yanvar 2021-ci ildə Konqresə hücumu dəstəklədiyinə görə, üsyançı adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə TASS “Reuters”ə istinadla məlumat yayıb.
ABŞ prezidentindən keçmiş Amerika liderini “üsyançı” hesab edib-etmədiyini soruşduqda, Bayden “bu açıq-aydındır” cavabını verib.
Bayden, Trumpın "qiyama qəti şəkildə dəstək verdiyini, buna heç bir şübhəsi olmadığını" iddia edib.
QAZİLER.AZ