Ermənistanın baş naziri Nikol Paşinyan heç bir fərq qoymadan Rusiya sülhməramlılarını Qarabağda erməni əhalisini qorumamaqda ittiham edir.
Qaziler.az bildirir ki, bu fikirləri senator Andrey Klimov “NEWS.ru”ya bildirib. Onun fikrincə, növbəti hərbi toqquşmanın ən ağır nəticələrinin qarşısını aldıqları üçün sülhməramlılara təşəkkür etmək lazımdır.
“Qarabağdakı Rusiya sülhməramlılarının öz mandatını yerinə yetirmədiyini düşünməyə əsas yoxdur. Biz öhdəliklərimizin yerinə yetirilməsinə çox aydın şəkildə nəzarət edirik”, - deyə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini bildirib.
Senator vurğulayıb ki, Rusiya heç vaxt Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisəsinə müdaxilə etməyə imkan verməyib.
“Regionda sərhədlərin qanuniliyini Sovet dövründə olduğu kimi tanıyan cənab Paşinyan idi. Bu o deməkdir ki, Qarabağ Paşinyana görə, Azərbaycanın bir hissəsidir. Bundan əlavə, İrəvan heç vaxt Qarabağı nə müstəqil dövlət, nə də Ermənistanın bir hissəsi kimi tanımayıb”, - Klimov deyib.
QAZİLER.AZ