“Litva alman ordusu üçün tramplinə çevrilir”.
Qaziler.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun bundesver briqadasının Baltikyanı respublikaya köçürülməsi ilə bağlı müraciətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, belə bir yerdəyişmə NATO liderlərinin qlobal ikiüzlülüyündən xəbər verir.
“Bizi NATO sərhədlərində hansısa aqressiv fəaliyyətdə ittiham edirlər və NATO sərhədləri bizə Qərbdən yaxınlaşır. Üstəlik, indi silahlar və qruplar da hazırlanır. NATO-nun döyüşkən niyyətləri və sərhədlərimizdə böyük potensialın toplanması göz qabağındadır”, - deyən Zaxarova əlavə edib ki, qoşunların bu cür köçürülməsi şübhəsiz ki, gərginliyin artmasına gətirib çıxarır.
QAZİLER.AZ