Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin əsas postlarına sadiq şəxsləri təyin etməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu haqda “Reuters” 20 hazırkı və keçmiş köməkçi diplomatlara istinadən xəbər verib.
Agentliyin məlumatına görə, respublikaçı təcrid siyasətinin həyata keçirilməsini asanlaşdırmaq üçün özünü sadiq insanlarla əhatə etmək niyyətindədir. Bu, ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinə də təsir edəcək.
Agentlik hesab edir ki, administrasiyada sadiq adamların olması sayəsində Tramp xarici siyasət prioritetlərini indiki məmurlarla müqayisədə daha sürətli və effektiv şəkildə irəli apara biləcək. Beləliklə, siyasətçi ABŞ-nin Ukrayna ilə bağlı mövqeyini dəyişmək və Çinlə ticarət etmək niyyətindədir. Həmçinin Ağ Evin keçmiş rəhbəri dövlətin xarici siyasətinə təsir edə bilən federal hökumət institutlarını yenidən təşkil etməyi planlaşdırır.
QAZİLER.AZ