Əgər Rusiya NATO-nun "qırmızı xətti"ni keçərsə, Alyansdan cavab zərbəsi alacaq.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
Ekspertin fikrincə, Alyans Ukraynadakı müharibədən uzaqlaşır:
“Nəzərinizə çatdıraq ki, NATO bizə heç bir avadanlıq, silah və ya sursat vermir. NATO müharibənin ilk ayında dərman, yanacaq şəklində 50 tonluq humanitar yardım etdi. Sonra da NATO müharibədən uzaqlaşmağa başladı. Biz NATO blokundan kənarda birbaşa tərəfdaş ölkələrimizlə işləyirik. Ona görə də NATO-nun qəti addım atmaqdan niyə belə qorxduğunu izah etməyə çalışdım. Çünki bu münaqişəyə cəlb olunmaq istəmir”.
Jdanov hesab edir ki, Alyans Ukrayna konfliktinin dünya müharibəsinə çevriləcəyindən qorxur və hadisələrin bu cür inkişafı ilə Kreml rəhbəri Putin “qırmızı düyməni” basıb nüvə zərbəsi endirə bilər.
Ekspert əlavə edib ki, hazırda Rusiya NATO-nu münaqişəyə təhrik edərək, cavab addımları atmaq istəyir:
“Rusiya çox alçaq, iyrənc şəkildə oynayır. NATO-nu qəti addım atmağa təhrik edir, sonra Putin onları təcavüzdə ittiham edəcək, özünü sülhməramlı kimi təqdim edəcək və danışıqlar prosesini təklif edəcək".