Yaponiya hökuməti Müdafiə Nazirliyi büdcəsinin 2024-cü ildə cari kursla təxminən 7,7 trilyon yen (54,1 milyard dollar) artırılması tələbini təsdiq etməyə hazırdır. Bu rəqəm cari ilin eyni xərc maddəsi ilə müqayisədə təxminən 13,2 faiz çoxdur.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumət mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, əks-hücum potensialının möhkəmləndirilməsi üzrə daha öncə qarşıya qoyulmuş məqsədlər çərçivəsində vəsaitin Yaponiya istehsalı olan uzaqmənzilli raketlərin alınmasına xərclənməsi planlaşdırılır. Bundan əlavə, büdcə Böyük Britaniya və İtaliya ilə birgə yeni nəsil qırıcıların işlənib hazırlanmasına xərcləri ehtiva edir