İrəvanda gizli toplantı keçirən separatçılar daha sonra Samvel Şahramanyanla da görüşüblər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, separatçıların məqsədi beynəlxalq səviyyədə dəstək əldə etməkdir. Amma bunun üçün qarşılarında maneə var. O da Şahramanyanın separatçı rejimin buraxılması ilə bağlı qərarıdır.
Samvellə görüşün əsas məqsədi də bu olub. Separatçılar Şahramanyana təzyiq edirlər ki, guya bu qərarını ləğv etdiyi ilə bağlı açıqlama versin.
Mənbələr bildirir ki, Şahramanyan hələ ki, bu təzyiqlərə boyun əymir. Amma o da vurğulanır ki, separatçılar ona qarşı təzyiqləri təhdid halına gətirirlər və Şahramanyanı hədələyirlər.
Bu onun göstəricisidir ki, hansısa maraqlı ölkələr İrəvanda Azərbaycana qarşı yeni təxribat planlaşdırırlar. Bununla həm də sülh prosesinə əngəl olmaq istəyirlər. Belə məqamda Paşinyanın da mövqeyi maraqlı olacaq. Paşinyan həqiqətən də sülh tərəfdarı olduğunu sübut etmək üçün bu separatçıları zərərsizləşdirməyə məcburdur.