Netanyahu devrilir, Mahmud Abbasla görüşəcəklər və... - Ərdoğana müraciət etdilər

Netanyahu devrilir, Mahmud Abbasla görüşəcəklər və... - Ərdoğana müraciət etdilər backend

"Onun İsrailin təhlükəsizliyinə təhdid olub-olmadığını bilmirəm, amma Netanyahunu baş nazir olaraq görmək istəmirəm. Netanyahunun gələcəyi qaranlıqdır, İsrail üçün çox pis baş nazirdir, təqaüdə getməlidir”.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş prezidenti Ehud Olmert CNN Türk telekanalına verdiyi açıqlamada deyib.

O bildirib ki, İsrail hökuməti məsələnin siyasi həllini təklif etməlidir.

“Belə olarsa, beynəlxalq aləmdə daha yaxşı anlaşma imkanı yaranar. Düşünürəm ki, əlimizdən gələni etməliyik. Biz Mahmud Abbasla görüşməli və iki dövlətli həll üçün hərəkətə keçməliyik. Əminəm ki, Netanyahu vəzifəsində qalmayacaq. Mən bunu sübut edə bilmərəm, amma İsrail siyasətində kifayət qədər təcrübəliyəm. Netanyahunun gələcəyi yaxşı görünmür. Netanyahuya deyə bilmərəm ki, onlar müharibəni sırf təqibdən yayınmaq üçün uzadırlar. HƏMAS-ın hərəkatlarını aradan qaldırmaq üçün uzun zaman lazım olacaq. Hücum təyyarələrinin bütün torpaqları məhv etməsini istəmirik. Netanyahunun getməsi lazımdır, biz onu demokratik yolla göndərəcəyik”, - Olmert bildirib.

Olmert əlavə edib ki, Netanyahunun bütün tərəfdaşlarını işdən çıxarmaq niyyətindədirlər:

“Onların zərər verdiyini düşünürük. İsrailin hər yerindən insanlar bir araya gələrək Netanyahunun istefasını tələb ediblər. Bu, tarixdə bir ilkdir. Sabah da nümayiş olacaq. Artan narazılıq var. İnsanlar Netanyahudan bezdilər. Düşünürəm ki, İsrail hökumətinin heç bir baxışı yoxdur. Lakin fələstinlilər də ən kiçik bir işarə belə göstərmədilər. HƏMAS mülki insanlara qarşı dəhşətli hərəkətlər edib. Onlar 130-a yaxın girov saxlayırlar. Ona görə də daha balanslı bir mənzərə təqdim etməliyik”.

O, Türkiyəyə də çağırış edib: “Ümid edirəm ki, Türkiyə sizə dediklərimi başa düşəcək. Prezident Ərdoğanın lazımi səyləri var. Ərdoğan səylərində İsraili tənqid etmək əvəzinə, indiki böyük ölkə olan Türkiyənin prezidenti kimi sülhpərvər prizmadan baxmalıdır. Prezident Ərdoğana inanıram”.

 

 

Diaspora