Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi işlər üzrə prorektoru Oleq Karpoviç bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən Ağ Evdə kreslo tutması şansı artır.
Qaziler.az bildirir ki, o bu barədə TASS-a açıqlama verib.
Onun fikrincə, buna hazırkı Amerika administrasiyasının Ukraynanın maliyyələşdirilməsindən narazılığı şərait yaradır.
“Trampa qarşı həm federal, həm də ştat səviyyəsində məhkəmə prosesləri başlandıqdan sonra siyasətçinin reytinqi və şansları artır. ABŞ-ın Ukraynanın maliyyələşdirilməsində davam edən iştirakı və bu yaxınlarda başlayan Fələstin-İsrail münaqişəsi Co Baydenin reytinqini aşağı salır və Trampın fəaliyyətini artırır”, - Karpoviç deyib.
QAZİLER.AZ