Budapeştin Kiyevə əlavə yardıma xüsusi etirazı yoxdur.
Qaziler.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şolts bildirib ki, Aİ Ukraynaya dəstəklə bağlı Rusiyaya çox güclü siqnal göndərib. Onun fikrincə, Rusiya hökumətində heç kimin Avropa İttifaqının Kiyevi lazımi resurslarla təmin edəcək qətnamə qəbul edəcəyi ilə bağlı illüziyaları yoxdur. 26 Aİ ölkəsi artıq razılaşıb və Macarıstanın, Şoltsa görə, heç bir xüsusi etirazı yoxdur.
Xəbərdə qeyd edilib ki, dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya 50 milyard avro həcmində uzunmüddətli büdcə yardımı proqramı ilə bağlı qərarına veto qoyub.
Olaf Şolts əminliklə bildirib ki, Aİ yanvarda Ukraynaya yardımla bağlı razılığa gələcək.
QAZİLER.AZ