Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışmağa hazır olduğunu açıqlayıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda Makron Aİ-nin Brüssel sammitindən sonra keçirilən mətbuat konfransının yayımında bildirib. Siyasətçi qeyd edib ki, Paris nəticə əldə etmək üçün həmişə səylərini əsirgəməyəcək bir ölkə olacaq.
“Əgər prezident Putinin ciddi təklifləri olarsa və beynəlxalq hüquqa hörmətlə yanaşan sülh yolu ilə nizamlanmaya nail olacaq dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstəkləyici güc olacaq və nəticə əldə etmək üçün səylərini əsirgəməyəcək. Telefon nömrəm dəyişməyib”, – Makron bildirib.
QAZİLER.AZ