“Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə ehtiyatlı davranmaq lazım olduğuna inanan istənilən Amerika lideri ilə işləməyə hazırdır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Putinin mətbuat katibi Dmitri Peskov “NBC News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton administrasiyası dialoqun vacibliyini anlamağa və Moskvanın narahatlığını nəzərə almağa başlamalıdır.
“Ümumiyyətlə, deyə bilərik ki, Putin Co Baydendən daha konstruktiv olan ABŞ prezidentinə üstünlük verəcək. Bundan sonra Rusiya ilə daha diqqətli olmağı və onun bütün narahatlıqlarını nəzərə almağı başa düşən hər kəslə...”, - Peskov əlavə edib.
QAZİLER.AZ