“Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə yeddi nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib.
“Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə şimal-cənub və şərq-qərb istiqamətlərində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, - deyə nazir bildirib.
Nazirin sözlərinə əsasən, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə hazırdır.