Yunanıstan regionda sülh və təhlükəsizliyə nail olmaq üçün Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında danışıqların bərpasının tərəfdarıdır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yunanıstanın müdafiə naziri Nikos Dendias erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransında deyib.
“Biz təbii və gözlənildiyi kimi, erməni xalqının tərəfindəyik”, - o vurğulayıb.
O qeyd edib ki, Yunanıstan BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında dialoqu dəstəkləyərək aydın mövqe tutur.