“Ukraynanın bütün cənub-şərqi həmişə rusiyapərəst olub, bunlar tarixən Rusiya əraziləridir”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa yayımlanan geniş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Odessa Rusiyanın şəhəridir və bunu hamı bilir.
“Ukraynanın bütün cənub-şərqi həmişə Rusiyayönümlü olub”, - Putin bildirib.
O, əlavə edib ki, ruslar və ukraynalılar bir xalqdır. Putin qeyd edib ki, Ukraynada baş verənlər qardaşlar arasında vətəndaş müharibəsinə bənzər faciədir.
QAZİLER.AZ