“Qərblə Ukrayna arasında artıq münaqişə başlayıb”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasının iştirakçıları ilə görüşündə bildirib.
Onun sözlərinə görə, müttəfiqlər həm Kiyevi, həm də dövlət başçısı Volodimir Zelenskini mahiyyət etibarilə tərk ediblər: “İndi o, Vaşinqton Yaxın Şərqə kömək edərkən, ona uzadılan əllə yeriməyə məcburdur”, - Lukaşenko deyib.
"Bu gün Qərb artıq Ukrayna ilə konfliktdədir. Zelenskiyə xəbərdarlıq etmişdim: əgər haradasa qarışıqlıq və ya başqa bir şey olarsa, səni unudacaqlar. Buyurun, Yaxın Şərq, Amerikanın daxili vəziyyəti... Yazıq uzadılmış əlin hesabına yeriyir. Onlar Zelenskiyə qarşı kobud davrandılar”, - Lukaşenko bildirib.
QAZİLER.AZ