“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün əlindən gələni edir”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin birbaşa yayım zamanı deyib. Onun sözlərinə görə, onun kimi heç kim uzunmüddətli sülhə şərait yaratmağa və bu fəlakətə son qoymağa çalışmır.
O, sözsüzsiz ki, beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəldən liderlərindən biridir və vəziyyətin yaxşılığa doğru dəyişməsi, uzunmüddətli sülhə şərait yaradılması üçün hər şeyi edir. Bu aydındır. O, bu sahədə çox fəaldır və Allah ona can sağlığı versin, çünki baş verənlər təbii ki, fəlakətdir”, - Putin bildirib.
QAZİLER.AZ