“ABŞ Azərbaycan ilə Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayır” - Metyu Miller

“ABŞ Azərbaycan ilə Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayır” - Metyu Miller backend

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında bu gün baş vermiş saxlanılan hərbçilərin mübadiləsini alqışlayır”.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib.

“Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Biz əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Diaspora