Maya Sandu Azərbaycan səfirini “Şərəf” ordeni ilə təltif edib - FOTO

Maya Sandu Azərbaycan səfirini “Şərəf” ordeni ilə təltif edib - FOTO backend

Moldova Respublikasının Prezidenti Maya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.

Qaziler.az xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Maya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Diaspora