Hakan Fidan Azərbaycana gəlir 17:52 13.12.2023 Siyasət Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlir. “Report” xəbər verir ki, H.Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.