Finlandiya hakimiyyətinin Rusiya ilə sərhədi bağlamaq qərarı ABŞ-dan olan sifarişçilər tərəfindən diktə edilib.
Qaziler.az bildirir ki, bu fikirləri finlandiyalı politoloq Yohan Bekman “SM.News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, Finlandiyada Amerika hərbi obyektlərinin mümkün yerləşdirilməsi ilə bağlıdır.
“İndi Finlandiya ABŞ qoşunlarını öz ərazisinə dəvət etmək və öz ərazisində Amerika hərbi bazaları yaratmaq qərarına gəlib. Hələlik heç kim konkret hansı bazaların olduğunu bilmir. Amma düşünürəm ki, sərhədlərin bağlanması ABŞ-ın əmridir”, - analitik hesab edir.
O, Finlandiya ilə Rusiya sərhədindən keçən insanların sayını azaltmaqla Finlandiya ərazisində görünə biləcək ABŞ və NATO hərbi obyektləri haqqında məlumatların gizlədilməsinə kömək edəcəyini təklif edib. Politoloqun fikrincə, bunlar, xüsusən, gizli bioloji laboratoriyalar ola bilər. Ekspert vurğulayıb ki, Helsinkinin bu cür hərəkətləri Finlandiyanın yaxın tarixində ciddi sarsıntılar riskini artırır.
QAZİLER.AZ