Üç Avropa ölkəsi HƏMAS-a qarşı sanksiyaların tətbiqini tələb edib

Üç Avropa ölkəsi HƏMAS-a qarşı sanksiyaların tətbiqini tələb edib backend

İtaliya, Fransa və Almaniya Avropa İttifaqını HƏMAS hərəkatı və onun tərəfdarlarına qarşı xüsusi sanksiyalar rejimi tətbiq etməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” agentliyi üç ölkənin xarici işlər nazirlərinin Aİ diplomatiyasının rəhbəri Cozep Borrelə birgə məktubuna istinadən məlumat yayıb.

“Biz HƏMAS və onun tərəfdarlarına qarşı xüsusi sanksiya rejiminin yaradılması təklifinə tam dəstəyimizi bildiririk”, – agentlik məktubdan bir hissə sitat gətirib.

Xarici siyasət rəhbərləri qeyd ediblər ki, belə bir sanksiya rejiminin sürətli qəbulu Avropa İttifaqının HƏMAS-a qarşı mübarizəyə sadiqliyini və İsrailə həmrəyliyi ilə bağlı güclü siyasi siqnal göndərməyə imkan verəcək.

QAZİLER.AZ

Diaspora