İranda türkmənlərin kompakt yaşadığı Türkmənsəhra bölgəsinin etnik tərkibinin dəyişdirilməsi üçün əraziyə bəlucların köçürülməsi prosesi başlayıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkmən fəallar məlumat yayıblar.
Onlar Ağ qala şəhəri və ətraf bölgələrində yeni şəhərciklərin salındığını, buraya Sistan və Bəlucistanda yaşayan etnik bəlucların köçürüldüyünü bildiriblər.
Fəallar bununla bağlı sosial mediada kampaniya başladıb, hakimiyyətin türkmənləri ata-baba yurdlarından qovmaq planları barədə paylaşımlar ediblər.
Məlumata görə, SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları kampaniyanın genişlənməməsi üçün sosial media kanallarını bağlayıb.
Qeyd edək ki, bundan əvvəl Ağ qala şəhərinin keçmiş fərmandarı İlyas Hivəçi hakimiyyətin bu istiqamətdəki planını ifşa etdiyinə görə işdən çıxarılıb.
O, türkmənlərin tarixi torpaqlarında etnik tərkibin dəyişdirilməsi üçün Ağ qala və ətrafında 800 hektar ərazinin qeyri-türkmənlərə satılması, çox sayda şəhərciklərin salınması barədə ifşaedici məlumatlar yaymışdı.