İsrail ona aid olmayan torpaqları işğal edib - Borrell

İsrail ona aid olmayan torpaqları işğal edib - Borrell backend

İsrail bir tərəfdən beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, digər tərəfdən bütün dünyaya sülh iddiası irəli sürə bilməz.

QAZİLER.AZ Axar.az-a istinadən  xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Ona görə də gələn bazar ertəsi keçiriləcək AB-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəyəm”, - Borrell bildirib.

AB rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır:

“Ümid edirəm ki, Qəzza zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”.

 

 

Diaspora