Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Balkanlara və Avropaya qazın “qovşaq” vasitəsilə nəqli məsələsində razılaşdığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə hökuməti Trakyanı Rusiyadan Balkanlara və Avropaya təbii qaz tədarükü mərkəzinə çevirməkdə qərarlıdır.
“Biz bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlmişik”, - Türkiyə prezidenti deyib.
QAZİLER.AZ