“Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə” partiyasının həmsədri, yazıçı Zaxar Prilepin 2030-cu ildə Rusiya prezidenti olmaq istəyir - və o, uğur qazana bilər.
Qaziler.az xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “NEWS.ru”ya açıqlamasında deyib. Politoloqun fikrincə, Prilepin parlaq, qeyri-adi şəxsiyyətdir.
“Ədalətli Rusiya” Prilepinlə o qədər də ədalətli davranmadı. Onun “Həqiqət naminə” hərəkatının adamları “Ədalətli Rusiya” ilə birləşdikdən sonra işsiz qaldılar. Bundan əlavə, SR 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərinə namizəd irəli sürməyib. Prilepin, prinsipcə, gələn il özünün namizədliyini irəli sürə bilər. Amma inanıram ki, o, indi Putinə rəqib olmaq yox, 2030-cu ildə prezidentin varisi olmaq istərdi. Prilepin uğur qazana bilər. Axı o, parlaq, qeyri-adi şəxsiyyətdir, həm də veterandır”, - deyə Markov xatırladıb.
QAZİLER.AZ