Aİ Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib

Aİ Ukraynaya təhlükəsizlik zəmanəti  təklif edib backend

Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib. Bunlar hərbi əməkdaşlıq və dezinformasiyaya qarşı mübarizəni əhatə edəcək.

Qaziler.az bildirir ki, bu barədə TASS birliyin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər verir.

“Biz ukraynalılara “Təhlükəsizlik Zəmanətləri” adlı və hərbi komponenti olan paket təklif etdik. Bu, hərbi materiallar üzrə əməkdaşlıqdır - bizim Ukrayna ordusuna töhfəmizdir. İkincisi, bu, Ukrayna əsgərləri üçün təlimdir. Üçüncüsü, Ukraynanın müdafiə sənayesini özümüzə daha çox necə inteqrasiya edə biləcəyimizə baxmaqdır. Bu, həm də dezinformasiya və kibertəhlükəsizliyə qarşı mübarizədir. Bütün bunlar paketin bir hissəsidir”, - Aİ nümayəndəsi bildirib.

QAZİLER.AZ

Diaspora