Litva ABŞ-ni Ukraynaya yardımı təsdiqləməyə çağırıb

Litva ABŞ-ni Ukraynaya yardımı təsdiqləməyə çağırıb backend

Litvanın baş naziri İnqrida Şimonite ABŞ Konqresini Ukraynaya mümkün qədər tez maliyyə yardımı etməyə çağırıb. O, yardım paketinin təsdiqlənəcəyinə şübhə etmir, lakin bu məsələnin ABŞ-nin daxili siyasətinin girovuna çevrildiyinə təəssüflənir.

Qaziler.az bildirir ki, bu haqda məlumatı LRT verib.

Onun sözlərinə görə, ABŞ-də ritorika səviyyəsində Ukraynaya dəstək şübhəsizdir, lakin maliyyə məsələsi daxili siyasətin girovuna çevrilib.

Eyni zamanda, o, yardım paketinin sonda təsdiqlənəcəyinə əmin olduğunu bildirib.

"Bu, çox xoşagəlməz haldır, lakin mən hələ də inanıram ki, bu qərar gec-tez seçicilərə çatacaq və ümid edirəm ki, səsvermə müsbət olacaq", -Simonite deyib.

QAZİLER.AZ

Diaspora