Çexiya Prezidenti: Praqanın Moskvada öz səfiri olmalıdır

Çexiya Prezidenti: Praqanın Moskvada öz səfiri olmalıdır backend

Çexiya Rusiyaya öz səfirini göndərməyi planlaşdırır.

Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, bu barədə respublika prezidenti Peter Pavel mətbuat konfransında bildirib.

“Biz uzunmüddətli perspektivdə ondan çıxış edirik ki, Çexiyanın Moskvada öz səfiri olmalıdır”, - prezident deyib.

Formal olaraq, Çexiyanın Rusiya Federasiyasındakı səfiri vəzifəsini bir neçə aydır respublikada olan Vitezslav Pivonka tutur. Diplomatik missiyaya faktiki olaraq onun müavini Jiri Çisteçki rəhbərlik edir.

QAZİLER.AZ

Diaspora