G7 ölkələri onlayn sammit zamanı Çinlə konstruktiv və sabit münasibətlər qurmaq istəklərini ifadə ediblər. Onlar bu əməkdaşlığın köməyi ilə Ukraynadakı münaqişənin həlli məsələsində Rusiyaya təzyiq göstərməyə ümid edirlər.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, məlumatı “globallookpress.com” dərc edib.
“Biz Çinlə konstruktiv və sabit əlaqələr qurmağa sadiqik, səmimi münasibətin və narahatlıqlarımızı birbaşa ifadə etməyin vacibliyini dərk edirik. Biz Çini Ukraynadakı münaqişəyə son qoyması üçün Rusiyaya təzyiq göstərməyə çağırırıq”, - nəşr yazıb.
QAZİLER.AZ