“Ukraynada qalib gəlsə, Rusiya hansısa NATO ölkəsini işğal edə bilər”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden Ağ Ev tərəfindən “YouTube”da yayımlanan xüsusi müraciətində bildirib. Onun sözlərinə görə, bu, ABŞ-ı müharibəyə sürükləyəcək.
Beləliklə, o, Kiyevə maliyyə yardımının göstərilməsinin zəruriliyini əsaslandırmağa çalışıb. Bayden həmçinin bildirib ki, Radikal respublikaçılar Ukraynaya yardımı girov saxlayırlar.
Bayden hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ələ keçirsə, o, dayanmayacaq. O, ABŞ - NATO müttəfiqinə hücum etməyə davam edəcək.
QAZİLER.AZ