Moskvada Xəzəryanı ölkələrin baş diplomatlarının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında ikitərəfli görüş başlayıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.
Nazir görüşün əvvəlində çıxış edərək bildirib ki, Xəzər dənizi mövzusuna dair məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparmaq imkanı yaranıb.
C.Bayramov bugünkü ikitərəfli görüşdə iki ölkə prezidentlərinin tapşırıqlarından irəli gələn məsələlərin, eləcə də siyasət, nəqliyyat, energetika, regional təhlükəsizlik sahələrinə dair fikir mübadiləsi aparılmasının əhəmiyyətini diqqətə çatdırıb