Avropa İttifaqına Macarıstanı “sakitləşdirməmək" tövsiyə olunub

Avropa İttifaqına Macarıstanı “sakitləşdirməmək" tövsiyə olunub backend

Avropa Komissiyası Budapeştə verilən milyardlarla avroluq dəstəyi dondurmaqla Macarıstanın baş naziri Viktor Orbanı sakitləşdirməyə çalışmamalıdır.

Qaziler.az xəbər verir ki, bunu “The Guardian” mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Aİ daxilində heç də hamı Macarıstan tərəfi üçün mümkün vəsait ayrılması ilə razılaşmır. Çünki Macarıstan Aİ-nin Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq və Kiyevə yeni yardım göstərmək planlarını pozmaqla hədələyir.

Belə ki, avropalı rəsmilər və deputatlar Budapeştin xeyrinə atılan addımların Orbanın Ukrayna ilə bağlı mövqeyini dəyişdirəcəyinə əmin deyillər.

“Orban uğur qazanarsa, başqaları ondan nümunə götürəcək və veto hüququndan sui-istifadə edəcəklər. Bu, gələcəkdə Avropa İttifaqını xeyli zəiflədəcək”, -  Avropa Parlamentinin almaniyalı deputatı Daniel Froyd deyib.

QAZİLER.AZ

Diaspora