“Əgər Latviya orada yaşayan əhali ilə donuz kimi davranmağa davam edərsə, o zaman hakimiyyət tezliklə qisasçı münasibətlə üzləşəcək”.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“İndi nə qədər olduğunu bilmirəm, amma məncə, Latviyada əhalinin 40%-i rusdilli idi. Əgər onlar (hakimiyyət - URA.RU) o ölkədə yaşamaq istəyən, işləyən, bu ölkənin inkişafı üçün nələrsə edən insanlara qarşı belə siyasət aparsalar və onlara iyrənc şeylər kimi yanaşılsa, onlar özləri də ölkələrində bu munasibətlə qarşılaşacaqlar”, - Putin “Rossiya 24” telekanalı tərəfindən yayımlanan Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə söhbəti zamanı qeyd edib.
QAZİLER.AZ