Avropa İttifaqı Rusiya ilə bağlı əsas hədəfini açıqlayıb

Avropa İttifaqı Rusiya ilə bağlı  əsas hədəfini açıqlayıb backend

“Bir gün Rusiya Ukraynaya dəyən ziyana görə kompensasiya ödəyəcək”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders bildirib.

O qeyd edib ki, Aİ ölkələrindəki Rusiyanın aktivlərinin müsadirə edilməsi perspektivini nəzərdən keçirir. Onun sözlərinə görə, dekabrın 12-də Avropa Komissiyası Kiyevi dəstəkləmək üçün Rusiya vəsaitlərinin yenidən investisiyasından əldə edilən gəlir vergilərindən istifadə planını təqdim edəcək.

“Aİ-də 28 milyard avronun dondurulduğunu nəzərə alsaq, onun bir hissəsinin müsadirəsini cinayət məhkəməsinin qərarları əsasında təşkil etmək mümkün olacaq”, Reynders bildirib.

QAZİLER.AZ

Diaspora