"Dünya bu məsələdə Azərbayacana əməli dəstək verməlidir" - Rey Kərimoğlu

"Dünya bu məsələdə Azərbayacana əməli dəstək verməlidir" - Rey Kərimoğlu backend

Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirilir.

Qaziler.az-ın məlumatına görə, burada iştirak edən "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu bildirdi ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.

R.Kərimoğlu  belə tədbirlərin keçirilməsinin çox vacib olduğunu vurğuladı. "Çünki Azərbayvan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasındadır", - deyən Rey Kərimoğlu: "Azərbaycan dövləti ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizləmək üçün ANAMA-nın xətti ilə böyük işlər görür. Amma bu azdır. Dünya bu məsələdə Azərbayacana əməli, yəni konkret dəstək olmalıdır. Təəssüf ki, 30 il Azərbaycanın böyük bir ərazisinin ermənilər tərəfindən işğalına susan böyük dövlətlər, beynəlxalq təşkilatlar indi də ya susur, ya da əməli iş görmür. Yəni dünyyanın böyük dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləmir, Ermənistana az da olsa təzyiq göstərmir. Halbuki Ermənistan 2020-ci il, 10 Noyabr sazişindən sonra Azərbaycan ərazisində  2021, 2022-ci il istehsalı olan minalar basdırıblar. Halbuki Azərbaycan bununla bağlı dəfələrlə bəyanat verib, ermənilərdən minalanmış ərazilərin xəritələrini istəyib, onlar bundan imtina edib. Beynəlxalq təşkilatlar Ermənistanı tənqid edərək, bunu dayandırmağa çağırmırlar. Bu əraziləri minalardan təmizləmək üçün böyük vəsait lazımdır.  Bu istiqamətdə də istər ABŞ, istər Avropanın böyük dövlətləri heç bir əməli iş görmür, Azərbaycana dəstək vermirlər. Bu da çox böyük təəssüf doğurur", - deyə bildirdi.

QAZİLER.AZ

Diaspora