Kamala Harris: Bəzi liderlər iqlim dəyişikliyinə inanmır

Kamala Harris: Bəzi liderlər iqlim dəyişikliyinə inanmır backend

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayırdığını elan edib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransında çıxışında bəyan edib.

ABŞ tarixində iqlim dəyişikliyi ilə mübarizəyə ən çox investisiya qoyan Bayden administrasiyasıdır. "Qarşıdakı 10 il üçün biz iqlim dəyişikliyi ilə mübarizəyə 3 trilyon dolar ayırmışıq", - o deyib.

Kamala Harris deyib ki, ABŞ iqlim dəyişikliyi ilə mübarizəyə bu il üçün 9.5 milyard dollar ayırıb və hədəf bunu 2024-cü ilə qədər 11 milyard dollara çatdırmaqdır: “Biz iqlim böhranı ilə mübarizədə addımlar atırıq, çünki bu böhran qarşıdan gələn 10 illiklərdə milyonların həyatına təsir edəcək".

ABŞ vitse-prezidenti qeyd edib ki, bu gün bəzi liderlər iqlim dəyişikliyinə inanmır və onunla mübarizədə səyləri təhlükəyə atır. "Onlar bizim bu istiqamətdə inkişafımızı dayandırmağa çalışır, yanlış informasiya yayır, iqlim dəyişikliyini inkar edirlər. Onlar qalıq yanacağa milyonlar ayırır, onu təşviq edirlər. Amma bizim ambisiyamız olmalıdır, bu istiqamətdə işlərimizi sürətləndirməli, investisiyanı artırmalıyıq. Çətinliklərə baxmayaraq biz buna inanırıq, ambisiyalıyıq", - Kamala Harris deyib.

 

 

Diaspora