Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “rus casusu” hesab edərək, vəzifəsindən azad etməyi tələb edirlər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məsələ burasındadır ki, son aylarda Ermənistan hökumətinin yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Rəsmi dairələrdəki mənbələr bildiriblər ki, Paşinyan Qərbin bu tələbinə qarşı müqavimət göstərir. Çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və onun etibarından bəhrələnir.