Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP28) çərçivəsində Dubayda həmkarları ilə bir sıra görüşlər keçirib.
Qaziler.az "Rambler.ru"ya istinadla bildirir ki, məlumatı Türkiyə liderinin administrasiyası yayıb. Məlumatda İsrailin Qəzzada təcavüzkar hərəkətlərinə və Fələstin anklavına humanitar yardımın maneəsiz çatdırılmasına qarşı qüvvələri birləşdirməyin zəruriliyini bildirib.
Ərdoğan BƏƏ prezidenti Mohammed bin Zayed Al Nahyan ilə görüşdə İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını son dərəcə mənfi adlandırıb.
"Ərdoğan deyib ki, İslam dünyasının İsraili dayandırmaq üçün birlik içində hərəkət etməsi lazımdır. İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını çox mənfi hal adlandıran prezident Ərdoğan Türkiyənin həm daimi atəşkəs, həm də Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etməkdə qərarlı olduğunu qeyd edib. ”, - deyə mesajda bildirilib.
Daha əvvəl konfransda çıxış edən Ərdoğan bildirib ki, Türkiyə Qəzzadakı böhranın həllində istənilən məsuliyyəti öz üzərinə götürməyə hazırdır. O, həmçinin Fələstin probleminin iki dövlət əsasında həllini dəstəklədiyini bir daha bəyan edib.
QAZİLER.AZ