XİN: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”

XİN: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir” backend

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir”.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışında deyib.

“Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik. Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır”, - nazir deyib.

Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir: “Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır.

Beynəlxalq ictimaiyyətin üzərinə həmçinin ATƏT çərçivəsində də təxribat xarakterli addımlardan və gərginliyi artırmaqdan çəkinməklə bağlı məsuliyyət düşür”.

Diaspora