Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsi ilə regional məsələləri müzakirə edib -  YENİLƏNİB backend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabından xəbər verilib.

Məlumata görə, tərəflər Azərbaycanla NATO arasında mövcud əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

17:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Dino Konakoviç ilə görüşüb.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər və əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

 

16:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə Azərbaycan XİN rəhbərinin “X” hesabında paylaşım edilib.

Bildirilir ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Qeyd edək ki, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində baş tutub.

 

 

16:44

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı İqnatsio Kassis ilə görüşüb.

Bu barədə C.Bayramov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ilə çox məhsuldar görüş keçirdim. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib və ən aktual qlobal xarici siyasət məsələləri üzrə geniş müzakirələr apardıq”, - deyə o paylaşımında yazıb.

Qeyd edək ki, bu görüş Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilib.

 

Diaspora