Roma Papası Fransisk oktyabrın 7-də Fələstinin radikal qruplaşması HƏMAS-ın İsrailə hücumundan sonra qisasçı terrora son qoymaqla bağlı çağırış edib.
Qaziler.az bildirir ki, məlumatı “Washington Post” yayıb.
Məlumatda qeyd olunur ki, pontifik oktyabrın sonunda Qəzza zolağında əməliyyatın qızğın vaxtında İsrail prezidenti İsaak Hersoqla müvafiq telefon danışığı aparıb.
İsrailli mənbəyə görə Fransisk həmin söhbətdə deyib: “Terrora terrorla cavab vermək qadağandır”.
Hersoq etiraz edərək, İsrail hökumətinin Qəzzada xalqını qorumaq üçün lazım olan hər şeyi edəcəyini vurğulayıb. Papa buna cavab olaraq bildirib ki, günahkarlar cəzalandırılmalı, lakin mülki insanlar əziyyət çəkməməlidir.
QAZİLER.AZ