Kremlin sözçüsü Dmitri Peskov son vaxtlar Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi ilə razılaşmadığını deyib.
Qaziler.az-ın “Nyus.ru”ya istinadla məlumatına görə, brifinq zamanı o qeyd edib ki, İrəvanla Bakı arasında dostluq əlaqələri var və ölkələr onları gələcəkdə də inkişaf etdirməyə hazırdır.
"Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə münasibətlərini inkişaf etdirir. Bizim Ermənistanla münasibətlərimiz var və təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir və biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə Peskov bildirib.
QAZİLER.AZ