İsrail Qətərlə hesablaşacaq, çünki ərəb ölkəsi Fələstinin radikal HƏMAS hərəkatını dəstəkləyir.
Qaziler.az bildirir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun strateji məsələlər üzrə müavini Yoş Zarka radioya müsahibəsində deyib.
“Biz HƏMAS-ın mövqeyi və fəaliyyətinin qanuniləşdirilməsi ilə bağlı hər şeydə rol oynayan Qətərlə hesablaşacağıq”, - “RİA Novosti” Zarkanın sözlərini sitat gətirib.
O qeyd edib ki, yəhudi dövlətinin hazırda girovları azad etmək üçün Qətərə ehtiyac var: “Bu proses başa çatdıqda İsrail Qətəri cavab verməyə məcbur edəcək”, - deyə Zarka təkrar edib.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, İsrail HƏMAS-ın tərəfini tutan hər kəsi təqib edəcək.
QAZİLER.AZ