Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunub

Türkiyə Milli Təhlükəsizlik Şurasında  Zəngəzur dəhlizi müzakirə olunub backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

Dövlət başçısının Beştəpədəki iqamətgahında keçirilən görüş 2,5 saat davam edib.

Görüşdə Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə edilib. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb.

İclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub. Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.

Həmçinin Türkiyənin ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirdiyi terrorla mübarizə əməliyyatları da hərtərəfli dəyərləndirilib.

Mənbə: TRT

Diaspora