Saksoniyanın rəhbəri: "Kiyev ərazilərini qaytara bilməyəcək"

Saksoniyanın rəhbəri:  "Kiyev ərazilərini qaytara bilməyəcək" backend

Almaniyanın Saksoniya federal əyalətinin baş naziri Mixael Kretşmer Kiyevin itirilən ərazilərini geri qaytara bilməyəcəyini bildirib və onları bu faktla barışmağa çağırıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, siyasətçinin sözlərini “Tagesspiegel” nəşri sitat gətirib.

Siyasətçinin fikrincə, nə Rusiya, nə də Ukrayna münaqişədə qalib gəlmək iqtidarında deyil və Kiyevin əraziləri geri almaq cəhdləri çox baha başa gələ bilər, ona görə də toqquşmaları dondurmaq lazımdır.

“Bizə bu münaqişəni dondurmaq, onu həll edə bilməyəcəyimizi qəbul etmək üçün iradə lazımdır”, - deyə Kretçmer fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora