Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Şimali Makedoniyada keçiriləcək iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəyi üçün iştirak etməmək qərarına gəliblər.
Qaziler.az xəbər verir ki, bu barədə LRT üç ölkənin nazirlərinin bəyanatına istinadən yazıb.
Mətndən belə çıxır ki, onlar Rusiya xarici işlər naziri Sergey Lavrovun Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu sessiyasında şəxsən iştirakına icazə verən qərardan təəssüflənirlər.
Bəyanatda həmçinin qeyd olunur ki, Sergey Lavrovun nazirlər görüşündə iştirakı ATƏT-in fundamental prinsip və öhdəliklərinə qarşı kobud pozuntulara və hörmətsizliyə yol verəcək.
Qeyd edək ki, Bolqarıstan hökuməti Rusiyanın xarici işlər nazirinin Şimali Makedoniyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan ölkələrin xarici işlər orqanları rəhbərlərinin görüşündə iştirak edə bilməsi üçün ölkənin hava məkanını açıb.
QAZİLER.AZ