İran İsrailə görə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib

İran İsrailə görə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib backend

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beynəlxalq Cinayət Məhkəməsinin sədri və prokuroru Petru Hofmanski və Kərim Əhməd Xana müraciət göndərərək, İsrailin Qəzza zolağında hərəkətlərini dayandırmağı tələb edib.

Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalı məlumat yayıb.

Abdullahian çıxışlarında yəhudi dövlətinin Fələstin anklavı ərazisində törətdiyi son cinayətlər üzrə məhkəmə prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

 “Qəzza zolağının vəhşicəsinə bombalanması və İsrailin anklavı işğal etməsi müharibə cinayətlərinin bariz nümunələridir”, - mətndə deyilib.

QAZİLER.AZ

Diaspora