Ermənistan Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməlidir - Simonyan

Ermənistan Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməlidir - Simonyan backend

“Ermənistan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçiriləcək sammitində iştirak etməlidir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Parlamentinin spikeri Alen Simonyan deyib. O xatırladıb ki, İrəvan ittifaqın orqanlarına sədrliyi öz üzərinə götürür.

“Baş nazir Nikol Paşinyanın gəlib-gəlməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz AİB-yə sədrliyi özümüzə götürürük”, - Simonyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İrəvan KTMT tədbirlərində iştirakdan imtina edib. Belə ki, Paşinyan qurumun noyabr toplantısına gəlməyib.

QAZİLER.AZ

Diaspora